Ərdoğan: İstanbulu yenidən Ukrayna ilə Rusiyanın anlaşacağı mərkəzə çevirməyə hazırıq

Oxunma vaxtı:27 Saniyə

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin getdikcə Türkiyə üçün çətinləşən bir vəziyyətə çevrildiyini bildirib.

Türkiyə lideri bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.

R.T.Ərdoğan Rusiya gəmilərinin boğazlar vasitəsilə Qara dənizə keçidinin məhdudlaşdırılmasına da toxunub.

O, müharibənin mümkün sülh prosesindən də danışıb.

“Türkiyə İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəz halına gətirməyə hazırdır. Biz həm Vladimir Putinlə, həm Volodimir Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda, Vaşinqton-Brüssel xəttində NATO və BMT nəzdində təşəbbüslər göstərən, güclü və balanslı diplomatik əlaqələr qura bilən yeganə aktoruq”.

Loading

Next Post

Kamran Əliyev Pirallahıda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev yanvarın 9-da saat 10:00-da Pirallahıda prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Kamran Əliyev Pirallahı və Xəzər rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşları qəbul edəcək. Qəbulla bağlı Pirallahı […]