Nazir İsaxan Aşurovun oğluna vəzifə verd

Oxunma vaxtı:42 Saniyə

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşunas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna vəzifə verib.Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, nazirin müavafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Bakı Regional Mərkəzi rəisinin birinci müavini general-mayor Raul Zeynalov olub. O, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, 2 övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ilin 22 iyununda xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-da vəfat edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mixail Şvıdkoy: “Prezident İlham Əliyevin yubileyi Azərbaycanın inamlı uğurları ilə əlamətdardır”

“İlham Əliyevin 60 illik yubileyi Azərbaycanın siyasi və sosial-iqtisadi sahədə qazandığı inamlı uğurlarla əlamətdardır ki, bu da Prezidentin yubileyinə əsas hədiyyədir”. Bunu “Report”un Rusiya bürosuna Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib. O bildirib ki, Prezidentin ad günündə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində onun ünvanına […]