Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib

Oxunma vaxtı:26 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend – ə istinadən məlumat verir.

Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında ticarətin rəqəmsallaşdırılması, rəqəmsal ticarətin dayanıqlı və sabit inkişafının təşviq edilməsidir. Sənəd kommunikasiya mexanizmini və rəqəmsal ticarətdə əməkdaşlığın hüquqi çərçivəsini yaratmağı hədəfləyir.

Qeyd edilir ki, tərəflər bərabərlik, açıqlıq, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında əməkdaşlıq etməyə və işləməyə razılaşırlar.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir. Doğrusöztv.Az bildirir ki, Bakının müxtəlif yerlərində qiymətlərlə maraqlanıb. Əldə etdiyimiz məlumata görə, bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır. Məktəb ləvazimatlarının qiymətini təqdim edirik: Çantalar: 18-45 manatDəftər: […]