Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? – QİYMƏTLƏR

Oxunma vaxtı:37 Saniyə

Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

Doğrusöztv.Az bildirir ki, Bakının müxtəlif yerlərində qiymətlərlə maraqlanıb. Əldə etdiyimiz məlumata görə, bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.

Məktəb ləvazimatlarının qiymətini təqdim edirik:

Çantalar: 18-45 manat
Dəftər: 12 qəpik – 1 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Sadə karandaşlar: 10-30 qəpik
Rəngli karandaşlar: 90 qəpik – 8 manat
Pozan: 10-50 qəpik
Qələmyonan: 15 qəpik – 1 manat 20 qəpik
Xətkeş: 10-40 qəpik
Plastilin: 1-3 manat
Pərgar dəsti: 1 – 3,6 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Məktəbli forması: 40 və 46 manat

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.

Twitter:@cingizsafarli

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ətraf mühit Qarabağ müharibəsinin unudulmuş qurbanıdır - "Brussels Morning"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının “Brussels Morning” qəzetində “Ətraf mühit Qarabağ müharibəsinin unudulmuş qurbanıdır” sərlövhəli məqaləsi dərc olunub. Doğrusöztv.Az -ın məlumatına görə, məqalədə Ermənistanın işğal edilmiş ərazilərin ekologiyasını və təbii resurslarını istismar etməsi və Oxçuçayın […]