Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri müəyyənləşdi

Oxunma vaxtı:1 Dəqiqə, 9 Saniyə

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Milli.Az bildirir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə təmsilçimiz “Qarabağ”ın da rəqibləri müəyyənləşir. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başladı.

Yarışda 48 komanda 12 qrupda mübarizə aparacaq. Artıq UEFA reytinqinə əsasən komandaların hansı səbətdə yer alacağı bəllidi. Azərbaycan çempionu ikinci səbətdə qərarlaşıb.

“Qarabağ” İ qrupunda yer aldı. Onun birinci rəqibi İspaniyanın “Vilyareal” klubudur, ikincisi – İsrailin Makkabi (Tel-Aviv) klubudur, üçüncüsü isə – Türkiyənin “Sivasspor” klubudur.

Avropa Liqası
Qrup mərhələsi

I səbət

“Arsenal” (İngiltərə)
“Tottenhem” (İngiltərə)
“Roma” (İtaliya)
“Napoli” (İtaliya)
“Benfika” (Portuqaliya)
“Bayer” (Almaniya)
“Vilyarreal” (İspaniya)
MOİK (Rusiya)
“Braqa” (Portuqaliya)
“Gent” (Belçika)
PSV (Niderland)
“Seltik” (Şotlandiya)

II səbət

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Sparta” (Çexiya)
“Slaviya” (Çexiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“Rapid” (Avstriya)
“Lester” (İngiltərə)
“Qarabağ” (Azərbaycan)
PAOK (Yunanıstan)
“Standard” (Belçika)
“Real-Sosyedad” (İspaniya)

III səbət

“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Alkmaar” (Niderland)
“Feyenoord” (Niderland)
“Makkabi” (Təl-Əviv, İsrail)
AEK (Yunanıstan)
“Reyncers” (Şotlandiya)
“Molde” (Norveç)
“Hoffenhaym” (Almaniya)
LASK (Avstriya)
“Hapoel” (Beer-Şeva, İsrail)
ÇFR (Rumıniya)

IV səbət

“Zarya” (Ukrayna)
“Nitsa” (Fransa)
“Lill” (Fransa)
“Riyeka” (Xorvatiya)
“Dandolk” (Şimali İrlandiya)
“Slovan” (Çexiya)
“Antverpen” (Belçika)
“Lex” (Polşa)
“Sivasspor” (Türkiyə)
“Volfsberger” (Avstriya)
“Omoniya” (Kipr)
MOİK (Bolqarıstan)

Qeyd edək ki, qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad edildi

Prezident İlham Əliyev Cəbrayıl şəhərinin rayonun bir neçə kəndinin işğaldan azad edilməsini “Tvitter” səhifəsində elan edib.Qol.az xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb:“Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!