Ərdoğan: Bizə dərs keçməyə çalışan Qərbin Afrikada nələr törətdiyini yaxşı bilirik

Oxunma vaxtı:33 Saniyə

Bizə ədalət dərsi keçmək istəyən Qərb ölkələrinin Afrikada nələr etdiklərini çox yaxşı bilirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kənd təsərrüfatı ekosistemləri ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bəzi güclər bir damla nefti bir damla qandan üstün tuturlar: “Bəzi güclər təbii sərvətləri mənimsəmək üçün hər şey etdilər, Avropadan Afrikaya hücum etdilər. Onlar Afrikanı taladılar, sərvətləri Avropaya daşıdılar, çevriliş etdilər. Həmin ölkələri özlərindən asılı vəziyyətə saldılar”.

R.T.Ərdoğan söyləyib ki, bütün bunlar yeraltı və yerüstü sərvətləri mənimsəmək üçün aparılır.

Türkiyə lideri, həmçinin qeyd edib ki, bu gün Asiya, Amerika, Şimali Afrika və Orta Şərq kimi bir çox regionda baş verən toqquşmaların səbəbi su mənbələri ilə bağlıdır.

Loading

Next Post

General Orucov və digərlərinin cəzası azaldıldı

“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümümə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın […]