General Orucov və digərlərinin cəzası azaldıldı

Oxunma vaxtı:39 Saniyə

“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümümə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 9 il 6 aydan 6 il 6 aya endirilib.

Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb.  

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.(Qafqazinfo)

Loading

Next Post

Hakimlərin maaşının artırılması təklif olundu

Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur. Bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli Indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin hayata keçirilməsinə dair 2024-cü II üzrə Yol Xəritəsi” layihəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda çıxış edib. […]