Bakının bir sıra yollarında tıxac yaranıb

Oxunma vaxtı:42 Saniyə

Bakının bir sıra yollarında tıxac yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

12. “20 Yanvar” dairəsində;

13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Minifutbol üzrə dünya çempionatı: Bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçiriləcək. 8 komanda Milli Gimnastika Arenasında yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Dünya çempionatı 1/4 final 29 may 17:30. Macarıstan – Mavritaniya19:00. Monteneqro – Çexiya20:30. İngiltərə – Azərbaycan22:00. Bosniya və Herseqovina – Serbiya Qeyd edək ki, dünya çempionatına iyunun 1-də […]