Hakimlərin maaşının artırılması təklif olundu

Oxunma vaxtı:32 Saniyə

Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur.

Bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli Indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin hayata keçirilməsinə dair 2024-cü II üzrə Yol Xəritəsi” layihəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda çıxış edib.

İşçi qrupunun üzvləri tərəfindən də sözügedən yol xəritəsində hakimlərin əməkhaqqının artırılmasının diqqətdə saxlanması təklif olunub.

Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi İşçi qrupunun rəhbəri Toğrul Hüseynov isə bu məsələnin müzakirə mövzusu olduğunu bildirib.

O qeyd edib ki, yol xəritəsinin layihəsinin müzakirəsi davam edir: “Düşünürəm ki, bu məsələyə gələcəkdə aidiyyəti qurumlar tərəfindən baxıla bilər”.

Loading

Next Post

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi […]