Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

Oxunma vaxtı:30 Saniyə

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Doğrusöztv.Az-ın məlumatına görə, Operativ Qərargahdan bildirilib ki, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib

İraq Türkmən Cəbhəsinin sədri Erşat Salihidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Hörməli cənab Prezident. Otuz ilə yaxın işğal altında olan Qarabağ bölgəsini azad etmək məqsədilə qəhrəman Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatının uğurla aparılmasının şahidi olduq. Sizin həm siyasi və diplomatik müstəvidə apardığınız […]