I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Oxunma vaxtı:15 Saniyə

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğludur.

Onun nəşinin qalıqları sabah saat 15.00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.

Loading

Next Post

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb. Toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Ali Məhkəmələrinin sədrləri iştirak edirlər. İclasda bir sıra çıxışlar olacaq və Məhkəmə Şuraları Sədrləri tərəfindən bəyannamə imzalanacaq.