“Azərişıq” Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb

Oxunma vaxtı:30 Saniyə

“Azərişıq” ASC Bakının Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, qəza baş verən ərazidə abonentlərin elektrik enerjisi təchizatı tam təmin edilib.

“Qəza baş verməsi ilə bağlı 199 saylı çağrı mərkəzinə müraciət daxil olan kimi təmir-bərpa briqadaları əraziyə yollanıb.
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin edilib.

Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək”, – deyə mətbuat xidmətindən bildirilib.

Loading

Next Post

İordaniya şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq istəyir (FOTO)

İordaniyanın “Jadara Equipment & Defense Systems” şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq niyyətindədir. Bunu şirkətin meneceri Valid Rabab Trend-ə açıqlamasında deyib. Onun sözlərinə görə, birgə müəssisənin İordaniyada yaradılması nəzərdə tutulur, istehsal prosesinin başlayacağı tarix hələlik məlum deyil. O, həmçinin qeyd edib ki, şirkət hazırda tank əleyhinə silahların nümunələrini istehsal […]