Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq

Oxunma vaxtı:32 Saniyə

Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi propekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Nizami Abdullayev küçəsini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.

Loading

Next Post

Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət

Niderland millisi ardıcıl üçüncü dünya çempionatında mübarizəni penaltilər seriyasında dayandırıb. Avropa təmsilçisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilərlə uduzaraq turnirlə vidalaşıb. Niderlandın son üç dünya çempionatında penaltilərlə uduzduğu oyunlar belədir: DÇ-2014: Niderland – Argentina – yarımfinalDÇ-2022: Niderland – Argentina – 1/4 finalDÇ-2026: Niderland – Mərakeş – 1/16 final Qeyd edək ki, […]