Niderlandın penalti kabusu davam etdi – 3 mundialdır eyni aqibət

Oxunma vaxtı:24 Saniyə

Niderland millisi ardıcıl üçüncü dünya çempionatında mübarizəni penaltilər seriyasında dayandırıb.

Avropa təmsilçisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilərlə uduzaraq turnirlə vidalaşıb.

Niderlandın son üç dünya çempionatında penaltilərlə uduzduğu oyunlar belədir:

DÇ-2014: Niderland – Argentina – yarımfinal
DÇ-2022: Niderland – Argentina – 1/4 final
DÇ-2026: Niderland – Mərakeş – 1/16 final

Qeyd edək ki, Niderlandın dünya çempionatlarında penaltilər istisna olmaqla uduzduğu son oyun DÇ-2010-un finalında İspaniyaya qarşı olub. Həmin görüşdə Niderland əlavə vaxtda buraxdığı qolla 0:1 hesabı ilə məğlub olmuşdu.

Loading

Next Post

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmiləri, xarici nümayəndələr, diplomatik korpusun təmsilçiləri, deputatlar iştirak edir. Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, […]