Metronun iş qrafikinə dəyişiklik ediləcək

Oxunma vaxtı:39 Saniyə

Bakı metropoliteni “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq.

Qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, əlavə tədbirlər də görüləcək.

“Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Qatarların hərəkəti qarşılaşma başa çatandan sonra məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Loading

Next Post

“Durovu kiminsə məsləhəti əsasında saxlayıblar”

“Fransa rəhbərliyi teleqramın təsisçisi Pavel Durovu kiminsə məsləhəti əsasında saxlayıb”. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.  Onun sözlərinə görə, sahibkarın saxlanılmasında məqsəd şifrələmə kodlarını əldə etmək cəhdləridir: “Fransızların addımı teleqram messencerinin həqiqətən etibarlı və populyar olduğunu sübut edir”. Xatırladaq ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin […]