Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək

Oxunma vaxtı:25 Saniyə

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı bu gün müəyyənləşəcək.

I Liqanın sonuncu – XXVII turunda “Mingəçevir” “Səbail”i qəbul edəcək.

Qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında, saat 17:00-da start götürəcək.

Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

“Səbail” hazırda 50 xalla ikinci pillədə qərarlaşıb. “Mingəçevir” 48 xalla üçüncüdür.

Xatırladaq ki, I Liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan “Qəbələ” ilə pley-off maçında üz-üzə gələcək.

Loading

Next Post

Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. O, ötən gün İstanbulda dünyasını dəyişib. Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.(“Qafqazinfo”)