Çempionlar Liqası: Daha altı komanda növbəti mərhələ şansını itirib

Oxunma vaxtı:17 Saniyə

UEFA Çempionlar Liqasında daha altı komanda növbəti mərhələ şansını itirib.

Bu, Liqa mərhələsinin VII turunun oyunlarından sonra bəlli olub.

İspaniyanın “Jirona”, Serbiyanın “Srvena Zvezda”, Avstriyanın “Zaltsburq”, “Şturm”, Çexiyanın “Sparta” və İtaliyamın “Bolonya” klubları sonuncu turun nəticələrindən asılı olmayaraq, turnirlə vidalaşacaqlar.

Qeyd edək ki, dekabrda İsveçrənin “Yanq Boys”, Slovakiyanın “Slovan” və Almaniyanın “Leyptsiq” kollektivləri növbəti mərhələ şansını itiriblər.

Loading

Next Post

Bu ərazilərdə qaz kəsildi

Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qazla təchizatı dayandırılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək M.Hadi, Sarayevo, Q.Nəbi, […]