UEFA Avropa Liqası: Bu gün daha 17 qarşılaşma baş tutacaq

Oxunma vaxtı:45 Saniyə

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçiriləcək.

Təmsilçimiz “Qarabağ” bu turda Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşacaq.

“Budyo Qlimt” – “Qarabağ” görüşü ilə yanaşı daha doqquz matçında başlama saatı Bakı vaxtı ilə saat 21:45-dir.

Digər səkkiz oyun isə gecəyarısı start götürəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında turun açılış oyununda “Beşiktaş” “Malmö” ilə qarşılaşmışdı.

7 noyabr

UEFA Avropa Liqası

IV tur

21:45 “Budyo Qlimt” – “Qarabağ”

21:45 “Ayntraxt Frankfurt” – “Slavia Praqa”

21:45 “Elfsborq” – “Braqa”

21:45 FKSB – “Midtyulland”

21:45 “Qalatasaray” – “Tottenhem”

21:45 “Ludoqorets” – “Atletik Bilbao”

21:45 “Nitse” – “Tvente”

21:45 “Olimpiakos” – “Reyncers”

21:45 “Royal Union” – “Roma”

00:00 “Ayaks” – “Makkabi Təl–Əviv”

00:00 “AZ Alkmaar” – “Fənərbağça”

00:00 “Dinamo Kiyev” – “Ferentsvaroş”

00:00 “Hoffenhaym” – “Lion”

00:00 “Latsio” – “Porto”

00:00 “Mançester Yunayted” – PAOK

00:00 “Viktoria Plzen” – “Real Soseydad”

00:00 RFŞ – “Anderlext”.

Loading

Next Post

Dünya dini liderləri Qarabağa GETDİLƏR

Noyabrın 7-də “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Dini liderlərin səfəri Füzuli rayonundan başlayıb. Qeyd edək ki, noyabrın 5-6-da keçirilən Dini liderlərin qlobal Bakı Sammitində 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm […]