Bu ərazilərdə qaz kəsildi

Oxunma vaxtı:34 Saniyə

Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qazla təchizatı dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək M.Hadi, Sarayevo, Q.Nəbi, Şirvani, A.Ələsgər, R.Quliyev küçələrinin, Kənd Əhmədli qəsəbəsinin, Babək prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, “Ağdaş” qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə “Ağdaş” ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək Ağdaş şəhərinin bir hissəsinin, bir qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Milli Məclisin deputatları azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq

[center][img]https://azadmedia.az/uploads/posts/2025-01/1737616499_a27e6862-c361-3dee-998a-b34d40feda86_850.jpg[/img][/center] Milli Məclisin deputatları azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar. Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üzrə İş planına məsələ daxil edilib. Bildirilib ki, deputatlar yaz sessiyası müddətində işğaldan azad edilmiş ərazilərdə görülən işlər, aqrar sahədə əldə olunan nəticələrlə tanış olacaqlar.