“Qarabağ” ilin ilk çempionat oyununda bu gün “Şamaxı” ilə üz-üzə gələcək

Oxunma vaxtı:29 Saniyə

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin ilk oyunu keçiriləcək.

XIX turun açılış matçında “Qarabağ” “Şamaxı” ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi 18 turdan sonra 47 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

III dövrə XIX tur

17 yanvar

19:00. “Qarabağ” – “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Babək Quliyev.

Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş tutacaq.

Loading

Next Post

Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə […]