Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir

DogruSozTv Az
Oxunma vaxtı:46 Saniyə

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

İlk oyun günündə iki matç keçiriləcək.

Açılış qarşılaşmasında “Turan Tovuz” “Karvan-Yevlax”ın qonağı olacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.

Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Kəpəz” “İmişli” ilə üz-üzə gələcək. Bu oyun saat 17:00-da başlayacaq. Gəncə klubu 3 xalla sonuncu – 12-ci, “İmişli” isə 9 xalla 8-ci sıradadır.

Misli Premyer Liqası

I dövrə, IX tur

24 oktyabr

14:30. “Karvan-Yevlax”– “Turan Tovuz”

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu

17:00. “Kəpəz” – “İmişli”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

Loading

Next Post

Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, yeni zolaq artıq […]