Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə

Oxunma vaxtı:27 Saniyə

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Binəqədi kənd və yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Məktəblərdə 9 gün dərs olmayacaq - Tarixlər

Orta ümumtəhsil müəssisələrində ardıcıl 9 gün dərs olmayacaq.Rəsmi qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. 25-26 yanvar və 1-2 fevral şənbə və bazar günlərinə təsadüf etdiyindən, məktəblilər üçün ümumi istirahət müddəti 9 gün davam edəcək. Beləliklə, tətil 25 yanvarda başlayacaq və 2 fevralda başa çatacaq. 3 fevraldan ikinci yarımilin dərsləri […]