Azərbaycanın futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Oxunma vaxtı:12 Saniyə

Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Komanda yanvarın 22-si və 24-də Danimarka yığması ilə qarşılaşacaq.

Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı hələlik məlum deyil.

Loading

Next Post

Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib

Qazaxıstanın Azərbaycana yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi […]