Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşüb

Oxunma vaxtı:24 Saniyə

Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

44 yaşlı keçmiş yarımmüdafiəçi “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.

Tədbirə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib.

Loading

Next Post

Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb

Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər (müstəmləkə qaydaları – red.) yenə də yaşanır. Bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı söyləyib. Fransa Polineziyası təbiətinin çox ağır […]