Bu gün “Qarabağ”ın oyunu var

Oxunma vaxtı:35 Saniyə

Bu gün Misli Premyer Liqasında 13-cü tur davam edəcək. 

İkinci oyun günündə daha iki görüş keçiriləcək. 

“İmişli” “Sabah”ı qəbul edəcək. Ötən tur “Neftçi”ni məğlub edən bölgə təmsilçisi hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb. “Sabah” isə 22 xalla dördüncüdür. Paytaxt klubu bu görüşdə qələbə qazansa, turnir cədvəlində bir pillə irəliləyəcək. 

Günün ikinci matçında son çempion “Qarabağ” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Ağdam klubu hazırda 26 xalla birinci, Yevlax təmsilçisi isə 5 xalla sonuncudur. 

29 noyabr (şənbə)

14:30. “İmişli” – “Sabah”
Quba OİK stadionu

17:00. “Qarabağ” – “Karvan-Yevlax”
“Azərsun Arena”

30 noyabr (bazar)

14:00. “Şamaxı” – “Sumqayıt”

16:30. “Qəbələ” – “Araz-Naxçıvan”

28 noyabr (cümə)

“Turan Tovuz” – “Neftçi” – 0:0

“Kəpəz” – “Zirə” 0:2

Loading

Next Post

Əməkdar artist yeni vəzifəyə təyin olundu

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə təyinat olub. Bu vəzifəyə Əməkdar artist Əyyub Quliyev təyin olunub. Məlumat Ə.Quliyevin sosial şəbəkə hesabında yayılıb. Əyyub Quliyev 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu […]