Əməkdar artist yeni vəzifəyə təyin olundu

Oxunma vaxtı:40 Saniyə

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Əməkdar artist Əyyub Quliyev təyin olunub.

Məlumat Ə.Quliyevin sosial şəbəkə hesabında yayılıb.

Əyyub Quliyev 1984-cü ildə anadan olub.

2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.
2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə təhsil alıb.
2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsilini davam etdirib.
2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.
2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, Əyyub Quliyev oktyabr ayında dünyasını dəyişən məşhur tarzən, Xalq artisti Ramiz Quliyevin oğludur.

Loading

Next Post

Milli Məclisin eks-mətbuat katibi jurnalistikaya qayıtdı

Milli Məclisin sabiq mətbuat katibi, Əməkdar jurnalist Akif Təvəkküloğlu Azərbaycanın kabel şəbəkələrində yayımlanan TV1 telekanalında veriliş aparır. Akif Təvəkküloğlunun verilişi “Açıq tribuna” adlanır. Əməkdar jurnalist deyir ki, verilişə tanınmış ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər, həyata örnək olan digər adamlar dəvət olunur və onlar müxtəlif mövzularla bağlı fikirlərini tamaşaçılarla bölüşürlər. Qeyd […]