Milli Məclisin eks-mətbuat katibi jurnalistikaya qayıtdı

Oxunma vaxtı:45 Saniyə

Milli Məclisin sabiq mətbuat katibi, Əməkdar jurnalist Akif Təvəkküloğlu Azərbaycanın kabel şəbəkələrində yayımlanan TV1 telekanalında veriliş aparır.

Akif Təvəkküloğlunun verilişi “Açıq tribuna” adlanır.

Əməkdar jurnalist deyir ki, verilişə tanınmış ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər, həyata örnək olan digər adamlar dəvət olunur və onlar müxtəlif mövzularla bağlı fikirlərini tamaşaçılarla bölüşürlər.

Qeyd edək ki, Akif Təvəkküloğlu həm də Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır. O bu vəzifəyə 2023-cü ilin yanvarında təyin olunub.

Milli Məclisin eks-mətbuat katibi jurnalistikaya qayıtdı

Akif Təvəkküloğlu daha əvvəl Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2006-2020-ci illərdə isə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib. Həmin dövrdə Milli Məclisə Oqtay Əsədov sədrlik edib.

Azərbaycan Dövlət Universitetinin Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinin məzunu olan eks-mətbuat katibi jurnalist karyerasına 1991-ci ildə “Molla Nəsrəddin” jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək AzTV-də müxtəlif vəzifələrdə çalışıb.

Loading

Next Post

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı müraciət yayıb. Müraciətdə deyilir: “Yollarda hərəkət intensivliyinin artması qəza ehtimalına təsirsiz ötüşmür. Bu mənada həftəsonları, xüsusilə avtomagistrallarda nəqliyyat axınının sürətlənməsi sürücülərdən daha da məsuliyyətli olmağı tələb edir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz […]