Xalq rəssamı Tofiq Ağababayev vəfat etdi

Oxunma vaxtı:29 Saniyə

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev vəfat edib.

Bununla bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata əsasən, o, bu gecə 97 yaşında dünyasını dəyişib.

Tofiq Ağababayevlə bu gün saat 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, o, 1992-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Tofiq Ağababayevə 2008-ci ildə Prezidentin fərdi təqaüdü ayrılıb, 2023-cü ildə isə Xalq rəssamı “Şöhrət” ordeni ilə təltif edilib.

Loading

Next Post

İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib

Qərbi Azərbaycan İcması (QAİ) Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edib. Bu barədə QAİ-nin yaydığı bəyanatda bildirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuat orqanına 2004-cü il dekabrın 19-da verdiyi müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və […]