“Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

Oxunma vaxtı:30 Saniyə

“Formula 1” üzrə 2025-ci ildə keçiriləcək Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.

Yeni mövsüm 24 raunddan ibarət olacaq.

Martın 14-16-sı aralığında Avstraliya Qran-prisi ilə start götürəcək mövsüm, 5-7 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yekunlaşacaq.

Yeni mövsümün yarışları 5 qitədə baş tutacaq. 2025-ci ildə altı sprint keçiriləcək. Mövsümöncəsi sınaqlar isə fevralın 26-28-də yenidən Bəhreyndə olacaq.

Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında reallaşacaq.

Qeyd edək ki, “Formula 1″də ötən mövsümün qalibi “McLaren” olub. Komanda 2024 mövsümünün yekununda 666 xal toplayıb. “Ferrari” 652 xalla ikinci, “Red Bull” isə 589 xalla üçüncü olub.

Loading

Next Post

Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib

Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.Bu barədə Tarif Şurası məlumat yayıb. Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib. Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə […]