“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır

Oxunma vaxtı:36 Saniyə

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır.

Bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb.

Bu il Bakı Şəhər Halqası ətrafında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu daha 1500 yer artırılaraq 20 mini keçəcək.

Hazırlıq işləri ilə əlaqədar Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.

Qeyd edək ki, 2024-cü ildə keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisini dörd gün ərzində tribunalardan canlı olaraq 76 mindən çox azarkeş izləyib. Bakı mərhələsi bu il sentyabrın 19-21-də baş tutacaq.

Loading

Next Post

Axərbaycanda aqrar sektorda fəliyyət göstərən sahibkarların 26 %-i qadındır

Bu il yanvarın 1-nə Azərbaycanda kənd təsərüfatı, meşə təsərüfatı və balıqçılıq sektorunda fəliyyət göstərən sahibkarların 25,9 %-i və yaxud 133 388-i qadın olub.Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında bildirilir. Sənədə əsasən, qadın sahibkarların 133 365-i mikro, 22-si kiçik, 1-i isə orta sahibkar […]