UEFA Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə cavab oyununa çıxacaq

Oxunma vaxtı:31 Saniyə

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək.

Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “UEFA Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə cavab oyununa çıxacaq

Comments are closed.

Next Post

Tramp İlham Əliyev və Paşinyan haqqında: Bu iki gözəl insan və böyük lider mənim yaxşı dostlarımdır

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mənim yaxşı dostlarımdır. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “Onilliklər boyu davam edən müharibə və ölümlərdən sonra sülh sazişini imzaladığımız zaman Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olmaq mənim üçün böyük şərəf […]