Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlandı

Oxunma vaxtı:23 Saniyə

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.

Planetin 500 ən güclü mütəxəssisini sırasında bir azərbaycanlı məşqçi yer alıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 140-cıdır. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 196-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə əldən verib.

Qeyd edək ki, cədvələ 2224 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Loading

Next Post

Rusiyaya qarşı yeni SANKSİYALAR

Avropa İttifaqı Rusiyadan olan 33 şəxsə sanksiya tətbiq edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Siyahıya Rusiyalı müxalifətçi Aleksey Navalnının cəza çəkdiyi həbsxanaların rəsmiləri də daxil edilib. Siyahıya, həmçinin Yamal-Nenets Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov və bir neçə rusiyalı hakim, o cümlədən Moskva Şəhər Məhkəməsinin sədri Mixail Ptitsyn daxildir.