Sabah bəzi yerlərdə yağış yağacaq

Oxunma vaxtı:43 Saniyə

Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-18° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Loading

Next Post

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədriAzərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Müşahidə Şurasının üzvləri:Maliyyə nazirinin müavini Səhiyyə nazirinin müavini Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Səhiyyə […]