Hirkan Milli Parkında YANĞIN

alfonsonri
Oxunma vaxtı:17 Saniyə

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Loading

Next Post

DYP-dən hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 30-dan başlayaraq iki gün ərzində ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə olunan […]