Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib

Oxunma vaxtı:45 Saniyə


Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib.

XİN-dən verilən məlumata görə, müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik tətbiq olunub.

Belə ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.

Bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur. Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq, yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.

Müsabiqədə iştirak etmək üçün DİM-in internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti” mövcuddur.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları və ya 1,74 % artaraq 113,97 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 111,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]