Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Oxunma vaxtı:19 Saniyə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov V Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

Bu barədə Pakistan XİN-in “X” hesabında bildirilib.

Tərəflər regional proseslərlə bağlı məhsuldar müzakirələr aparıb, Pakistan və Azərbaycan arasında mövcud yaxın və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Tərəflər gələcək dövrdə təmasların və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Loading

Next Post

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.Müraciətdə deyilir: “Xanımlar və cənablar, Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə […]