Kürün səviyyəsi 14 sm artıb

Oxunma vaxtı:28 Saniyə

Kür çayında suyun səviyyəsi 14 sm artıb.

Bu barədə Milli Hidrometeologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 29-u saat 09:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.

Loading

Next Post

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə aydınlıq gətirilib

Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb.  İnstitutun yaydığı açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub. “Şagirdlərin lisey və gimnaziyalarda […]