FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib

Oxunma vaxtı:19 Saniyə

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Qeyd olunub ki, təhlükə ilə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.

Loading

Next Post

Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər iyulun 7-dən 20-dək sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, bu, aşağıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə […]