Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə aydınlıq gətirilib

Oxunma vaxtı:42 Saniyə

Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb. 

İnstitutun yaydığı açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub.

“Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”-, məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə bəzi valideynlər lisey və gimnaziyalara qəbul qaydalarından xəbərsiz olduqlarını əsas gətirərək məsələyə etirazlarını bildirib. 

Loading

Next Post

Ərdoğan ABŞ-yə səfər edə bilər

Türkiyə xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməsini istisna etməyib.O, bu barədə “Milliyet” qəzetinə bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər etmək imkanı da var. “Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Donald Trampın Türkiyəyə […]