Ərdoğan ABŞ-yə səfər edə bilər

Oxunma vaxtı:36 Saniyə

Türkiyə xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməsini istisna etməyib.

O, bu barədə “Milliyet” qəzetinə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər etmək imkanı da var.

“Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Donald Trampın Türkiyəyə səfəri də mümkündür. Səfərdən əvvəl onlar Haaqada keçiriləcək NATO sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla danışırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır”, – H.Fidan bildirib.

Qeyd edək ki, mayın 5-də Ərdoğan Trampla telefon danışığından sonra Ağ Ev rəhbərinin onu ABŞ-yə səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin tarixi hələ məlum deyil. Bununla belə, Türkiyə KİV-i səfərin iyun ayında baş tuta biləcəyini istisna etmir.

Loading

Next Post

Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci baş məşqçi ola bilər

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər. İndiyədək 16 mütəxəssis belə uğura imza atıb. Cari mövsümün həlledici matçında “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər. Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub. Ağdam klubu ilə […]