Zelenski: Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir

Oxunma vaxtı:22 Saniyə

Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir.

Bunu Zelenski Varşavada Polşanın baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib.

“Komandalarımız artıq gələcək görüşün məzmunu və formatı üzərində işləyir. Orada əsas məsələləri müzakirə edəcəyik”, – o bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir. Bu gün strateji təminatlar bunlardır: Avropa İttifaqına (Aİ) və NATO-ya üzvlük; Ukrayna Silahlı Qüvvələrinin silahla təmin edilməsi.

Loading

Next Post

Bu yollarda tıxac var - Siyahı

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində problem yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, İzmir […]