Pezeşkian Trampın tənqidindən sonra Papa XIV Leo ilə həmrəyliyini bildirib

Oxunma vaxtı:41 Saniyə

İran Prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leo ilə həmrəyliyini ifadə edib.

Bu barədə Pezeşkian “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Papa XIV Leo həzrətləri, mən böyük İran xalqı adından sizin (ABŞ prezidenti Donald Tramp tərəfindən – red.) təhqir edilmənizi pisləyirəm və bəyan edirəm ki, sülh və qardaşlıq peyğəmbəri – İsanın təhqir olunması istənilən azad insan üçün qəbuledilməzdir. Allahdan sizə cansağlığı arzulayıram”, – o bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid edib. Trampın sözlərinə görə, Roma Papası cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasətdə dəhşətlidir. Tramp bildirib ki, o, Papanın qardaşı Luini daha çox bəyənir, çünki onun iddialarına görə, o, MAGA-nı (Make America Great Again, – red.) tamamilə dəstəkləyir.

Bundan əlavə, Tramp qeyd edib ki, o, Roma Katolik Kilsəsinin rəhbərliyində, onun sözlərinə görə, İranın nüvə silahına malik olmasını normal hesab edən bir Papanı görmək istəmir.

Loading

Next Post

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli […]