Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Oxunma vaxtı:38 Saniyə

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq. Bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək. Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub. Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın […]