Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

Oxunma vaxtı:30 Saniyə

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.

Bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.(Report)

Loading

Next Post

UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq

UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq. Buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib. Günün digər görüşündə isə […]