Rəhman Məmmədov vəzifəsindən azad edildi

Oxunma vaxtı:23 Saniyə

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.

Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi Həsənov Elmin Ağamusa oğluna həvalə edilib.

Loading

Next Post

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutuldu

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.