Onlara 271 min reabilitasiya vasitəsi verildi

Oxunma vaxtı:35 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel aylarında əlilliyi olan 5700 şəxsi 271 min reabilitasiya vasitəsi ilə təmin edib.

Qeyd olunan reabilitasiya vasitələrindən 644-sı təkərli oturacaq (o cümlədən 11-i mühərrikli təkərli oturacaq), 870-i aşağı və yuxarı ətraf protezi, korset, 1500-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 2785 cüt protez və ortopedik ayaqqabı, 520 eşitmə aparatı verilib, onların ehtiyac duyduqları digər  reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.

Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Loading

Next Post

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

ABŞ Kubaya qarşı hərbi əməliyyatlara hazırlaşır.Vaşinqtonun aylarla davam edən iqtisadi təzyiqi və sanksiyaları Havanada islahatlara səbəb ola bilməyib və Ağ Evdə məyusluq yaradıb. ABŞ Cənub Komandanlığı fövqəladə vəziyyət üçün plan hazırlayıb.  Bura hədəf hava hücumlarından tutmuş Kubada qeyri-stabillik yaradacaq genişmiqyaslı əməliyyatlara qədər ehtiyat planları hazırlanıb.