Prezident İlham Əliyev: Azad olunan ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb

Oxunma vaxtı:46 Saniyə

İşğaldan azad edilən ərazilərdə bərpa edilən şəhər və kəndlərimizin sayı 15-ə çatıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə məlumat verib.

Prezident İlham Əliyev deyib:

“Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhər. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar”.

Dövlət başçısı həmçinin qeyd edib ki, azad edilən ərazilərdə bu günə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur.

Loading

Next Post

May ayı bundan sonra bayram ayı olacaq - Prezident

May ayı sizin üçün ikiqat bayram ayı olacaq – həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm […]