Pezeşkiandan TARİXİ NİTQ “Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir”

Oxunma vaxtı:37 Saniyə

“Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. Güney Azərbaycanda özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür. Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili isə İranın həm milli, həm də beynəlxalq öhdəliyidir”.

Bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O qeyd edib ki, İranın ayrılmaz bir parçası olan milyonlarla türkün ana dili olduğu üçün Azərbaycan türkcəsində təhsil məsələsinə xüsusi yanaşılmalıdır: “Şəhriyarın danışdığı və yazdığı dil türkcədir, bu dildə şeir deyəndə əsəbiləşmək məntiqsizdir. Şəhriyar tarixin ən parlaq simasıdır.

Ümumiyyətlə, türk, ərəb və bütün digər dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Ona görə də xalqın özünüifadəsi onun təbii haqqıdır”.

Loading

Next Post

İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub

Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub.“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib. Xəbər yenilənir