Nazir onlara vəzifə verdi

Oxunma vaxtı:20 Saniyə

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Aydın Bəşir oğlu Bəşirov Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Namiq Tarverdiyev isə bu idarənin rəisi təyin olunub.

Qeyd edək ki, N.Tarverdiyev daha əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində də çalışıb.

Loading

Next Post

Ermənilərin Azərbaycana inteqrasiyasının əleyhinə idik - David Babayan

Aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub. O, “inteqrasiya mümkünsüz idi” deyib. D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin […]