Ermənilərin Azərbaycana inteqrasiyasının əleyhinə idik – David Babayan

Oxunma vaxtı:36 Saniyə

Aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub.

O, “inteqrasiya mümkünsüz idi” deyib.

D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.

“Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Loading

Next Post

Qəzzada həlak olan jurnalistlərin SAYI

Qəzza bölgəsində 7 oktyabr 2023-cü ildən bəri davam edən hərbi əməliyyatlar nəticəsində həlak olan KİV əməkdaşlarının sayı 210 nəfərə çatıb. Bu barədə xarici KİV-lərə  xəbər verir. Məlumata görə, aprel ayının əvvəlindən bəri anklavın cənubunda yerləşən Xan-Yunist şəhərində KİV nümyəndələrinin olduğu düşərgənin vurulması nəticəsində bir jurnalist həyatını itirib, daha doqquzu isə […]